Azərbaycanda 2025-ci ildə qaz hasilatının təxminən 50 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 35,4% çoxdur.
Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Proqnoza əsasən, 2025-ci ildə ölkədə hasil edilən qazın 38 233,6 mln. kubmetri əmtəəlik məhsulun payına düşəcək ki, bu da 46,7% artım deməkdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 36 713,3 mln. kubmetr təbii qaz hasil edilib, bunun 26 065,1 mln. kubmetri əmtəəlik məhsulunun payına düşüb.
Proqnoza əsasən, 2022-2025-ci illərdə Azərbaycanda təbii qaz hasilatının və onun əmtəəlik payının tədricən artması gözlənilir.
Azərbaycanda qaz hasilatının artım dinamikası:
(mln. kubmetr) | 2022-ci il | 2023-cü il | 2024-cü il | 2025-ci il |
Qaz hasilatı | 43 514 | 47 757,4 | 49 210,1 | 49 728,1 |
əmtəəlik qaz | 32 301,9 | 36 867,7 | 38 106,4 | 38 233,6 |