2025-ci ildə Azərbaycana idxal olunan smartfonların həcmi 1,34 milyon ədəd təşkil edərək əvvəlki il ilə müqayisədə təxminən 11% azalıb. Ümumi idxal dəyəri isə 457,3 mln. dollar olub ki, bu da 2024-cü ilin 439,95 mln. dollar dəyərindən 4% artımı göstərir.
Banker.az xəbər verir ki, ölkələr üzrə baxdıqda, Çin ən böyük tədarükçü olaraq qalıb. 2025-ci ildə Çin 1,08 milyon smartfon göndərib, dəyəri isə 359,2 mln. dollar olub. Bu, 2024-cü illə müqayisədə 10% azalma deməkdir, amma idxal dəyəri 7% artaraq bir smartfonun orta qiymətinin 332 dollardan 333 dollara qalxdığını göstərir.
Vyetnam ikinci ən böyük mənbə olub. 2025-ci ildə 247,9 min smartfon idxal edilib və dəyəri 89,3 mln. dollara çatıb. İllik müqayisədə 8% artım qeydə alınıb, bir smartfonun orta qiyməti 360 dollar civarındadır.
Hindistandan idxal edilən smartfonlar isə kəskin şəkildə azalıb. Belə ki, 2024-cü ildə 74,7 min ədəd olan idxal 2025-ci ildə 14,1 minə düşüb, dəyər isə 19,8 mln. dollardan 8,5 mln. dollara enib. Hər smartfonun orta qiymətinin 265 dollar civarında olub.






