Azərbaycanda 2025-də ən çox 2 otaqlı mənzillər satılıb – Qiymətlər

2025-ci il üzrə mənzil bazarında otaq sayına görə satış göstəriciləri, mənzillərin orta sahəsi və qiymətləri açıqlanıb. Açıqlanan statistikaya əsasən, ötən il ümumilikdə 41 606 əqd rəsmiləşdirilib. Bazarda mənzilin orta sahəsi 65 kv.m, orta qiyməti 129 835 AZN, 1 kvadratmetrin orta dəyəri isə 1 998 AZN təşkil edib.

Banker.az bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir.

İl ərzində mənzil bazarında ən böyük pay 39% göstərici (16 234 əqd) ilə 2 otaqlı mənzillərin payına düşüb. Bu kateqoriyada mənzillərin orta sahəsi 57 kv.m, orta qiyməti 115 385 AZN, 1 kv.m-in qiyməti isə 2 024 AZN olub.

Tələbata görə ikinci sırada 27%-lik payla (11 249 əqd) 1 otaqlı, üçüncü sırada isə 26%-lik payla (10 809 əqd) 3 otaqlı mənzillər qərarlaşıb.

Otaq sayı ilə 1 kv.m qiyməti arasındakı əlaqədə otaq sayı artdıqca 1 kv.m. qiyməti 1 otaqlı mənzildən 5 otaqlı mənzilə doğru tədricən azalır, 5-dən çox otaqlı mənzillərdə isə yenidən kəskin artır.

  • 1 otaqlı: Orta sahə 42 kv.m, orta qiymət 91 192 AZN (1 kv.m – 2 171 AZN);

  • 2 otaqlı: Orta sahə 57 kv.m, orta qiymət 115 385 AZN (1 kv.m – 2 024 AZN);

  • 3 otaqlı: Orta sahə 83 kv.m, orta qiymət 160 993 AZN (1 kv.m – 1 940 AZN);

  • 4 otaqlı: Orta sahə 115 kv.m, orta qiymət 220 695 AZN (1 kv.m – 1 919 AZN);

  • 5 otaqlı: Orta sahə 126 kv.m, orta qiymət 240 368 AZN (1 kv.m – 1 907 AZN);

  • 5-dən çox otaqlı: Orta sahə 247 kv.m, orta qiymət 589 950 AZN (1 kv.m – 2 388 AZN).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər