Azərbaycanda “MAN Lion`s City E” markalı elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq.
Bu barədə “MAN” şirkətinin məlumatında bildirilib.
“MAN Truck & Bus” şirkəti yerli tərəfdaşı “Improtex Trucks & Buses” və Azərbaycan hökuməti ilə xKD formatında elektrik avtobuslarının istehsalının lokallaşdırılması ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalayıb.
Avtobuslar üçün hissələrin bir qismi Azərbaycana tədarük ediləcək və burada avtobusun yığılması həyata keçiriləcək.
Qeyd edək ki, layihə Azərbaycanda ekoloji nəqliyyatın inkişafının dəstəklənməsinə və elektrik avtobusları parkının genişləndirilməsinə yönəlib.