Tədiyyə balansının cari hesabının müsbət olacağı və 3,9 mlrd. dollar təşkil edəcəyi gözlənilir.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib.
Nazir deyib ki, investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verir: “İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə ümumilikdə 2,7 mlrd. manat investisiya yatırılması və 21 min yeni iş yerinin açılması planlaşdırlır”.
Nazir qeyd edib ki, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir.
“Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir”.
O bildirib ki, hər zaman olduğu kimi gələn il də əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq.
Mənbə: Report.Az