1997-ci ildən Azərbaycanda dövlət qeydiyyatına alınan “Lider TV və Radio-Azərbaycan” MMC-nin iflas elan edilir.
Banker.az xəbər verir ki, bununla bağlı rəsmi məlumatda qeyd edilib.
Qeyd edilir ki, kreditor Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Bakı ş., Ak. A.Abbaszadə küç, 2) borclu “Lider TV və Radio-Azərbaycan” MMC-yə (Bakı ş., Ş.Mehdiyev küç., 83 ) qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə növbəti məhkəmə iclası 16.06.2020-ci il saat 10:30-da Bakı Kommersiya Məhkəməsinin İnzibati binasının 13-cü məhkəmə iclas zalında keçiriləcək.
Qeyd edək ki, yerli KİV-də uzun müddət idi ki, mavi ekranları “qaralan” bu telekanalın xərclərini (əsasən də işçilərin əməkhaqlarını) qarşılama gücününü itirib.
23 yaşını ötən ayın 5-də qeyd edən “Lider TV” artıq bazarı tərk etmək üzrədir.
Qeyd edək ki, bu şirkət 21.14 mln. manatlıq nizamnamə kapitalına sahibdir.