“Amper Elektrik İnşaat və Sanayi A.Ş” MMC ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az1052 Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin, ev 36, mənzil 39 ünvanına bildirə bilərlər.
Bildirək ki, şirkət Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Ələsgər Fətullayevdir.
“İldırımdan Mühafizə Sistemləri, Torpaqlama Sistemləri, Termoqaynaq Sistemləri və Təyyarə Xəbərdarlıq Sistemləri” başda olmaqla 4 əsas başlıq altında məhsul satışı, quraşdırma, mühəndislik, kəşf, sınaq və ölçmə xidmətləri göstərən Amper Elektrik həm də dünyaca məşhur markaların distribütorudur.