Xarici şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edildi.
Banker.az xəbər verir ki, “Şevron Azərbaycan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Şevron Azərbaycan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Christopher Marc-Alan Payne-dir.