Saytların birində avtomobil nömrələrinin satışı təhkil olunub. Artıq həmin saytda 930 nömrə satışa çıxarılıb.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu və bir neçə buna bənzər saytda nömrə nişanları açıq aşkar satışa çıxarılır və hər bir satıcı öz mobil telefon nömrəsini və ad-soyadını qeyd edərək müştəri axtarır. Nömrələr arasında o qədər də diqqət çəkməyənlər də var, lakin kifayət qədər diqqətçəkən və bahalı nömrələrə də rast gəlmək mümkündür. Əməkdaşımız həmin nömrə satanların bir neçəsi ilə əlaqə saxlayaraq nömrəni bir az ucuz satmağı xahiş etsə də, istəyinə nail ola bilməyib. Nömrə satanlar bildiriblər ki, devalivasiyadan sonra nömrəni aldıqları qiymətdən qat-qat ucuz satırlar. «Nömrəni haradan baha almısınız» sualına isə «Dövlət Yol Polisindən» deyə, cavab veriblər.
Azərbaycan qanunvericiliyinə görə, nömrə nişanları rəqəmlərin və hərflərin kombinasiyasına görə 2500 manatdan baha satılmır. Yəni, ən bahalı nömrənin dövlət qiyməti 2500 manatdır. Məsələn, aşağıdakı siyahıda 25 min manata satışa qoyulan 10-GG-020 nömrə nişanının dövlət qiyməti 22 manatdır.