Azərbaycanda minlərlə işçi sanitariya-gigiyena normalarına cavab verməyən əmək şəraitində çalışır.
Banker.az-ın məlumatına əsasən, 2025-ci ildə sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələrində ümumilikdə 22 min 950 nəfər belə şəraitdə işləyib.
Onların 14 min 668 nəfəri sənaye, 4 min 94 nəfəri tikinti, 4 min 19 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 169 nəfəri isə informasiya və rabitə sahəsində çalışıb.
Sənayedə 6 min 61 nəfər normadan artıq səs-küyün, 6 min 289 nəfər zərərli kimyəvi maddələrin, 2 min 825 nəfər normadan artıq vibrasiyanın təsir etdiyi iş şəraitində işləyib.
Tikinti sektorunda isə 2 min 598 nəfərin istehsalat tozunun normadan artıq olduğu şəraitdə çalışdığı göstərilir.







