23 C
Baku
Sunday, June 30, 2024

Azərbaycanda 25 milyon dollarlıq daha bir vençur fondu yaradılıb

Son 2 il ərzində SABAH.HUB İnnovasiya Mərkəzinin startapları yerli və regional investorlardan 4 milyon ABŞ dollarından çox vəsait cəlb edib.

Bunu mərkəzin baş icraçı direktoru Rəhim Bayramlı “Baku Investment Day”də (Bakı İD 2024) deyib.

Onun sözlərinə görə, yaxın iki gündə bu məbləğ ən azı daha 2 milyon ABŞ dolları artacaq: “Bu, yaxşı başlanğıcdır. Lakin yolumuzun yalnız başlanğıcıdır. Mən 25 milyon ABŞ dolları dəyərində öz vençur fondumuzun yaradılmasını elan etməkdən qürur duyuram”.

R.Bayramlı qeyd edib ki, SABAH fondu startap maliyyələşdirməni yeni səviyyəyə qaldıracaq: “Bununla qlobal səviyyədə böyük ambisiyaları olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarındakı şirkətlərə investisiyaların yatırılmasına diqqət yetiriləcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər