Azərbaycanda yeni və müasir tipli logistika mərkəzinin yaradılması üçün 25 milyon manat investisiya yatırılıb.
Banker.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə məxsus 11,000 m² ərazini əhatə edən sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Məhəmmədi ərazisində yerləşəcək logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstəriləcək.