Hazırda Azərbaycanda 2500-ə yaxın ATM fəaliyyət göstərir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Nağdsız iqtisadiyyat: Ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” mövzusuna həsr olunmuş III Beynəlxalq Bankçılıq Forumunda deyib.
O bildirib ki, 2010-cu ildə ölkədə 1892 ATM fəaliyyət göstərirdisə, hazırda onların sayı 2500-ə yaxındır, POS terminalların sayı isə 7872 idisə, hazırda 66 minə yaxın POS terminal fəaliyyət göstərir.
AzerTag