11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda 26 yaşlı çay şirkəti ləğv edilir

“Avrora-Çay” ASC ləğv olunduğunu elan edir.

Bunu Banker.az cəmiyyətin ləğvetmə komissiyasına istinad edir.

“Kreditorlar öz tələblərini altmış gün ərzində Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən “Avrora-Çay” AS&-yə bildirə bilərlər”, deyə elanda bildirilir.

“Avrora-Çay” ASC 1998-ci ildə yaradılıb və Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatdadır. Onun 137 070 manat nizamnamə kapitalı var. Şirkətin İdarə Heyətinin sədri Gülqayıt Quliyeva Hacıəli qızıdır.

Son xəbərlər
Digər xəbərlər