1 aprel 2026-cı il saat 12:00-da “Mingəçevir-Bazar” QSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Mingəçevir-Bazar” Qapalı Səhmdar Cəmiyyətinin 2025-ci il maliyyə-təsərrüfat fəaliyyətinin təhlili
2. Səhmdarların müraciətlərinə baxılması
3. Digər məsələlər
Xatırladaq ki, “Mingəçevir-Bazar” QSC 1999-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 561 458 manat və qanuni təmsilçisi Rahil Tağıyevdir.







