9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda 27 yaşlı şirkət ləğv edilir

26 mart 2024-cü ildə, saat 11.00-da “Gəncə Ərzaqnəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir.

1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması.
4. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
5. Cəmiyyətin idarə heyətinin və təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə
xitam verilməsi.
6. Digər məsələlər.

Ümumi yığıncaq Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsi 19 nömrəli ünvanda keçiriləcəkdir.

Xatırladaq ki, “Gəncə Ərzaqnəqliyyat” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 112 506 AZN və qanuni təmsilçisi Yusif Həsənovdur.

Son xəbərlər
Digər xəbərlər