“Mes-T” MMC Ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Təbriz küçəsi, ev 16, mənzil 1 ünvanına bildirə bilərlər.
“Qədim Naxçıvan Yurdu “MMC “MES-T” MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunur. “Qədim Naxçıvan Yurdu ” MMC “MES-T” MMC-nin hüquq və öhdəlikləri üzrə hüquqi varisidir.
Qeyd edək ki, “MES-T” MMC 2023-cü ilin fevralında Naxçıvanda dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 500 000 manatdır və qanuni təmsilçisi Halfe Kızılaydır.