“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnika Bank” ASC-nin iyulun 1-də, “Atabank” ASC-nin iyulun 2-də, “Dəmir Bank” ASC-nin isə iyulun 8-də daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.
Banker.az bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.
“Texnika Bank”a məxsus daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, 7-ci Sallaxana küçəsi, 7 ünvanında yerləşən, ümumi sahəsi 247.92 kv.m olan qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 750.000 manatdır.
“Atabank” ASC-nin balansındakı daşınmaz əmlak Yevlax şəhəri, Nizami prospektində 0.03821 ha torpaq sahəsində yerləşən 54 nömrəli 2 girişli, 320.65 m² ümumi, 225.25 m² əsas, 95.4 m² köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasıdır (Bank). Daşınmaz əmlakın ilkin satış qiyməti 400 000 manatdır.
“Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsində istifadədə olan 0.01518 ha torpaq sahəsində yerləşən 126.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 260.000 manatdır.