01.01.2024-cü il tarixinə ölkədə fəaliyyət göstərən bütün banklar, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti təqdim olunur. 20 bank tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunmaqdadır.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü il ərzində bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363.6 mln. әdәd, hәcmi isә 379.3 mlrd. manat tәşkil edib.
Aparılan köçürmәlәrin say üzrә 85.9%-i (312.2 mln. әdәd), hәcm üzrә isә 79.6%-i (301.8 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılmışdır.