Azərbaycanın bağlanmış 3 kommersiya bankı – “Bank of Azerbaijan”, “Texnikabank” və “Kredobank” ASC-lərin məcburi ləğv edilməsi “Texnikabank”ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Babək prospekti,16 ünvanındakı inzibati binada həyata keçirilir. Bunu Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyiblər.
“Hazırda həmin bina ADİF-in 2-ci ofisi kimi fəaliyyət göstərir. Bu gündən artıq “Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya “Texnikabank”ın baş ofisində ödənilir”, – deyə Fonddan qeyd ediblər.
Report