10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda 3 milyon vətəndaş vergi ödəmir

“Kölgə iqtisadiyyatı” postsovet məkanının bütün ölkələri üçün hələ də başağrısı olaraq qalır. Məsələn, Rusiya Hesablama Palatasının başçısı Tatyana Qolikova bir müddət əvvəl bildirib ki, Rusiya iqtisadiyyatının “kölgə sektorunda” ölkənin təxminən 14,4 milyon vətəndaşı işləyir, amma baxmayaraq ki, onlar sosial infrastrukturdan istifadə edirlər, vergi ödəmirlər.

Qolikova izah edib ki, bu rəqəm işləməyən əhalinin təqaüdçülər, uşaqlar və s. kateqoriyaya bölünməsi nəticəsində alınıb. Qalan 14,4 milyon insan “qeyri-müəyyən” kateqoriyanı təşkil edib ki, bu da dəqiq təsnifata gəlmir. Qolikovanın sözlərinə görə, heç kim bilmir ki, bu insanlarla nə etmək olar və ya nə etmək lazımdır.

Rusiya Statistika Komitəsinin qiymətləndirmələrinə görə, gizlədilmiş əmək haqqı və qarışdırılmış gəlirlər Rusiyada ildə təxminən 10 trilyon rubl təşkil edir.

Belə çıxır ki, Rusiyada praktiki olaraq hər on nəfərdən biri vergi ödəmir. Bəs Azərbaycanda vəziyyət necədir?

Faktlar göstərir ki, Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Daha dəqiq desək, bizim ölkəmizdə bununla bağlı rəsmi rəqəm yoxdur.

“Banker.az” xəbər verir ki, hökumətdəki mənbələrin virtualaz.org-a bildirdikləri kimi, praktiki olaraq işləyən və iqtisadi cəhətdən aktiv əhalinin üçdə iki hissəsi vergi ödəmir. Bu isə o deməkdir ki, söhbət faktiki olaraq üç milyon insandan gedir.

 

Son xəbərlər
Digər xəbərlər