“Foodini” MMC-nin ümumi 3 171.54 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən bildirilir ki, məhvetmə şirkətin Agentliyə müraciəti əsasında olub. Məhv edilmiş məhsullar istehlaka yararsız olub və istifadə müddəti bitib.