4 C
Baku
Monday, January 13, 2025

Azərbaycanda 3 universitetdə yoxlama aparılıb

2024-cü ildə Hesabalama Palatası Azərbaycanın 3 ali təhsil müəssisəsində yoxlama aparıb.

Bu barədə Palatanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəzarət tədbirləri həyata keçirilib.

Bildirilib ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində aparılan yoxlamaların nəticələri barədə məlumat Palatanın rəsmi saytında yerləşdirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yoxlamanın nəticələri isə yaxın günlərdə dərc ediləcək “Dövlət auditi” jurnalında açıqlanacaq.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər