9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda 3 xanımın birgə BOKT biznesi zərərdən yaxa qurtara bilməyib

“Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2022-ci il üzrə 50.9 min manat cəmi xalis mənfəət əldə edib.

Banker.az BOKT-nin illik audit hesabatına (RM AUDİT MMC) istinadən xəbər verir ki, ötən ili  218.28 min manat cəmi faiz gəlirləri əldə etmiş, 154.64 min manat faiz xərcləri çəkmişdir.

Beləliklə, xalis mənfəətdən sonra onun balansındakı zərərin həcmi 99.47 min manata qədər azalıb.

“Premier Kredit BOKT” hesabat ilində aktivlərinin həcmini cəmi 0.2% artırmaqla 1 mln. 461.58 min manata yüksəldib. Aktivlərinin 1 mln. 320.37 min manatı kredit portfelidir. Öhdəliklərinin 1 mln. 160.15 min manatı olmuş, bunun da böyük hissəsi maliyyə qurumları qarşısındakı borcudur.

Xatırladaq ki, “Premiet Kredit BOKT” 2014-cü ildə təsisis edilib. 400 512 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 34%-i Şəhla Mehdiyevaya, 33%-i Validə Əzizovaya və 33%-i İlahə Baxşəliyevaya məxsusdur.

1111 22222

 

Son xəbərlər
Digər xəbərlər