2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29642,0 milyon manatlıq, o cümlədən 16262,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13379,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Banker.az xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
2025-ci ilin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.