15 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda 30 min manata gəmi satışa çıxarıldı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəmi satışa çıxarıb.

Banker.az xəbər verir ki, satış hərrac vasitəsi ilə aprel ayının 18-də baş tutacaq.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na məxsus “Elxan Kazımov” gəmisi 30 min manata satışa çıxarılacaq.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər