7 C
Baku
Monday, January 20, 2025

Azərbaycanda 335 minədək ailə üzvü ünvanlı dövlət sosial yardım alır

Bu ilin əvvəlinə 76 minədək aztəminatlı ailənin 335 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 107.5 manat təşkil edib.

Ötən il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 165.7 min nəfər təşkil edib. İlin əvvəlinə ölkədə pensiyaçıların sayı isə 1098.6 min nəfər olmaqla ölkə əhalisinin 10.7 faizini təşkil edib.

Bildirilib ki, 455.5 min nəfər aylıq sosial müavinət, 402 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb.

Son xəbərlər
Digər xəbərlər