Azərbaycanın quşçuluq şirkətləri səhmlərini ucuz qiymətə satışa çıxarır.
Banker.az xəbər verir ki, bu şirkətlər “Ağdaş Quşçuluq”, “Masazır Quşçuluq”, “Kürdəmir Quşçuluq” və “Salyan Reproduktor Quşçuluq” şirkətləridir.
Hər bir səhmin nominal qiyməti 2 manatdır. Səhmlərin qiyməti ilə linkdən tanış olmaq olar.
Pul hərracı 2021-ci il mart ayının 2-də saat 09:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.