9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda 4 şirkət auditdən yayınmaya görə cərimələnə bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Property Investments-1” MMC, “SİRDAŞ LTD” MMC, “CASPIAN INNOVATION CENTER” MMC, “BAKU PEARL RESİDENCE”MMC  barəsində inzibati xəta protokolu tərtib edib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini əhatə edir.

Şirkətlər bu qərarlardan razı qalmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi  “Məcburi auditdən yayınma” ilə bağlıdır. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər