“ORUCOĞLU” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “FİDO” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “ZƏRGƏR” Müəssisəsinin, “XƏZRİ REZİDENS” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulurlar.
“PMD GROUP” MMC “ORUCOĞLU” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “FİDO” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “ZƏRGƏR” Müəssisəsinin, “XƏZRİ REZİDENS” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulmaları nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, “PMD Group” isə “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur. 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.