Azərbaycanda 4 şirkət səhm bazarına “qapalı” şəkildə daxil olur.
Banker.az xəbər verir ki, bu şirkətlər “Agro Best”, “Mac Construction” MMC, “Endless Goods” MMC və “Kriptonit İnşaat”dır.
“Agro Best” MMC təşkilati-hüquqi formasını dəyişərək “Agro Best” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini, “Mac Construction”MMC təşkilati-hüquqi formasını dəyişərək “Mac Construction” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini, “Endless Goods” MMC təşkilati-hüquqi forması dəyişərək “Endless Goods” Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini və “Kriptonit İnşaat” isə təşkilati-hüquqi formasını dəyişərək Kriptonit İnşaat Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.