17 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda 400-dən çox Avropa şirkəti fəaliyyət göstərir

400-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlər yeni iş yerlərinin yaranmasına təkan verir.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransına deyib.

O əlavə edib ki Aİ Azərbaycanda 13 min sayda kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verib və nəticədə bu subyektlər daha çox gəlir əldə edib və yeni iş yerləri yaranıb.

“Bu subyektlər 63 milyon avro gəlir əldə edib və 2000-dək yeni iş yerləri yaranıb”, səfir əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər