“20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”.
Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.
O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır:
“Qonşularımızla müqayisə aparsaq görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir. Kişilərin ortalama əməkhaqqı daha çoxdur. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”.
Sədr müavini qeyd edib ki, iş elanlarının 20 %-də yaş kateqoriyası göstərilməyib:
“Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6%-dir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər”- o bildirib.