Azərbaycanda 5.5 milyon manatlıq şirkət kapitalını azaldır

“Spectron Systems” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edir.

Banker.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini AZ1001, Bakı şəhəri Səbail rayonu, Nizami, ev 3, mənzil 7 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Spectron Systems” MMC nizamnamə kapitalı 5 501 000 manat idi və qanuni təmsilçisi Məhəmməd Əlizadədir.

Son xəbərlər
Digər xəbərlər