Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19381 nikah və 9040 boşanma halları qeydə alınıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.