Azərbaycanda 5 illik dövlət istiqrazlarının gəlirliliyi artdı

19 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108012946 ISIN-li, 30 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 80.6956 AZN (10%) və 97.8613 AZN (5.495%) manat olan 13 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7348 AZN (6 %) manat, orta ölçülmüş qiyməti 96.0614 (5.9216%) manat müəyyən edilmişdir. Qeyd edək ki, sonuncu dəfə 5 illik istiqraz hərracında 50 mln. manatın cəlbi nəzərdə tutulmuşdu və cəmi 32 mln. manatı üçün investor tapılmışdı. Bununla da orta qiymət 5.5% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 109,037,200.00 manat, yerləşdirilmiş həcmi isə 30,478,500.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 13 aprel 2027-ci il.

890

Hərrac iştirakçıları 20 aprel 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər