Azərbaycanda 5 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib.
Banker.az Dövlət Sığorta Xidmətinə istinadən xəbər verir ki, həmin sığorta agentlərinin fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə 07 avqust 2015-ci il tarixdə öz müraciətlərinə əsasən ləğv edilib.
1) Babazadə Cavad Rafiq oğlu;
2) Əlizadə Siyavuş Arif oğlu;
3) Haqverdiyev Fuad Əli oğlu;
4) Niftiyev Murad Şakir oğlu;
5) Süleymanov Sabir Orucəli oğlu.