2021-ci ilin may ayı ilə müqayisədə 2022-ci ilin may ayında Azərbaycanın 20 sığorta şirkətindən 5-nin sığorta haqları azalıb, 14-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkətidir (90%).
Yığımları ən çox artan “Aqrar Sığorta” və “Meqa Həyat Sığorta” şirkətidir.
Onu da qeyd edək ki, “Azsığorta” şirkətinin yığımları ötən il və bu il eyni olub.
| Sığortaçının adı | Sığorta haqları (2022-ci il may), min manat | Sığorta haqları (2022-ci il may), min manat | İllik fərq |
| A-Qroup Sığorta Şirkəti | 8,542 | 7,209 | 19% |
| AtaSığorta | 1,960 | 5,838 | -66% |
| Atəşgah Həyat Sığorta Şirkəti | 21,965 | 19,645 | 12% |
| Atəşgah Sığorta Şirkəti | 11,817 | 9,708 | 22% |
| Dövlət Sığorta Kommersiya Şirkəti | 4,308 | 42,197 | -90% |
| Azərbaycan Sənaye Sığorta | 6,976 | 6,518 | 7% |
| AzSığorta | 4,883 | 4,883 | 0% |
| Bakı Sığorta | 2,238 | 1,538 | 45% |
| Günay Sığorta | 2,753 | 4,428 | -38% |
| İpək Yolu Sığorta | 6,265 | 7,217 | -13% |
| Meqa Sığorta | 9,463 | 10,454 | -9% |
| Naxçıvansığorta | 993 | 817 | 22% |
| Paşa Həyat Sığorta | 179,671 | 139,858 | 28% |
| Paşa Sığorta | 109,336 | 95,593 | 14% |
| Qala Həyat Sığorta Şirkəti | 7,661 | 6,439 | 19% |
| Qala Sığorta | 23,510 | 20,916 | 12% |
| Xalq Həyat Sığorta Şirkəti | 3,076 | 2,122 | 45% |
| Xalq Sığorta | 15,500 | 10,993 | 41% |
| Aqrar Sığorta | 5,039 | 1,416 | 3.6 dəfə |
| Meqa Həyat Sığorta | 681 | 212 | 3.2 dəfə |







