2020-ci il ilə müqayisədə 2021-ci ilin iyun ayında Azərbaycanın 20 sığorta şirkətindən 5-nin hesabladığı sığorta haqları azalıb, 13-nün isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “İpək Yolu Sığorta” şirkətidir (22%).
Yığımları ən çox artan “Bakı Sığorta” şirkətidir (3 dəfə).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.