2024-cü ilin eyni ayları ilə müqayisədə 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın 16 sığorta şirkətindən 5-nin sığorta haqları azalıb, 11-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Yığımları ən çox artan “Meqa Həyat Sığorta ” şirkətidir (50%) və ən çox azalan isə “İpək Yolu Sığorta” şirkətidir ( -11%)
| Sığortaçının adı | Sığorta haqları, (2025-ci il yanvar-noyabr), min manat | Sığorta haqları, (2024-cü il yanvar-noyabr), min manat | İllik Fərq |
| A-Qroup Sığorta Şirkəti | 18,973 | 17,044 | 11% |
| AtaSığorta | 9,590 | 9,514 | 1% |
| Atəşgah Həyat Sığorta Şirkəti | 99,242 | 80,122 | 24% |
| Atəşgah Sığorta Şirkəti | 56,975 | 59,130 | -4% |
| Azərbaycan Sənaye Sığorta | 30,548 | 23,317 | 31% |
| AzSığorta | 7,601 | 8,347 | -9% |
| İpək Yolu Sığorta | 5,436 | 6,090 | -11% |
| Meqa Sığorta | 30,038 | 32,397 | -7% |
| Paşa Həyat Sığorta | 619,180 | 542,310 | 14% |
| Paşa Sığorta | 321,892 | 291,100 | 11% |
| Qala Həyat Sığorta Şirkəti | 28,704 | 23,426 | 23% |
| Qala Sığorta | 71,129 | 72,998 | -3% |
| Xalq Həyat Sığorta Şirkəti | 10,615 | 10,231 | 4% |
| Xalq Sığorta | 23,228 | 21,032 | 10% |
| Aqrar Sığorta | 16,050 | 12,829 | 25% |
| Meqa Həyat Sığorta | 16,156 | 10,741 | 50% |








