16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda 50-dən çox aqropark yaradılacaq

Azərbaycanda 51 aqroparkın yaradılması nəzərdə tutulub ki, artıq onların 17-si formalaşıb.

Bunu “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə, 100 min hektardan artıq torpaq bu sahədə işlərin aparılması üçün ayrılıb.

“Bu istiqamətdə hədəflənən torpaq resursu 200 min hektardan çoxdur ki, sözügedən sayda aqroparkların formalaşdırılması və istər nümunə təsərrüfatı, istər kənd təsərrüfatı sahəsində fəaliyyəti göstərmək istəyən istehsalçılara imkanların yaradılması üçün böyük əhəmiyyət kəsb edir”.

© ONA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər