13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda 50 min manatadək hansı yeni elektrik avtomobilləri almaq olar?

Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Azərbaycanda zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektromobillərin idxalı, həmçinin, elektromobillər üçün II və III səviyyə enerji doldurucuları idxal rüsumundan azad edilib. Bundan sonra ölkəyə elektromobillərin idxalında kəskin artım olacağı gözlənilir.

Bəs hazırda Azərbaycanda qiyməti 50 min manatadək olan hansı yeni elektromobilləri almaq mümkündür?

Banker.az-ın araşdırmasına görə, maksimal qiyməti 50 manat olan elektrik avtomobillər siyahısında 3 marka – Wuling, DongFengVolkswagen var.

İstehsal tarixi 2022-ci il olan Wuling Mini EV modelinin mavi rənginin qiyməti 22 932 AZN (13 470 USD), digər rənglərinin (sarı, yaşıl, çəhrayı, göy) qiyməti isə 24 941 AZN (14 650 USD) təşkil edir. Mühərrikinin gücü 27 a.g. olan bu avtomobillərə 2 il və ya 50 000 km zəmanət verilir.

Mühərrikinin gücü 45 a.g., istehsal tarixi 2022-ci il olan DongFeng EQ 220 modelin qiyməti 29 500 AZN-dir. Bu avtomobilə də 2 il və ya 50 000km zəmanət verilir.

Satışdakı minimal qiymətə olan Volkswagen avtomobili bu markaya məxsus 2021-ci il istehsalı Volkswagen e-Lavida modeldir. 180 a.g mühərrikə sahib olan bu elektromobilin qiyməti 49 371 AZN-dir (29 000 USD).

 

 

Son xəbərlər
Digər xəbərlər