15 C
Baku
Thursday, March 13, 2025

Azərbaycanda 509 yeni iş yeri yaradılacaq – 1 iş yeri üçün 63 min manat güzəştli kredit

Bu ilin yanvar-fevral ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Verilən kreditlər hesabına 509 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Kreditlər, xüsusilə kiçik və orta sahibkarlara yönəldilib, bu da öz növbəsində, yerli işsizliyin azalmasına və iqtisadiyyatın şaxələnməsinə kömək edəcək.

İş adamları 1 layihəyə orta hesabla 58,7 min manat güzəştli kredit alıblar.

Sahibkarlar 1 yeni iş yerinin yaradılması üçün orta hesabla 63 min manat güzəştli kreditdən istifadə edəcəklər.

1741842237 photo 5370899059855977143 y

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər