Azərbaycanın 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 mlrd. manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb.
44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.
İndiyədək 25 aqroparka 184 mln. manat güzəştli kredit ayrılıb, onlardan 26-a investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 mln. manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) ədib.
Hazırda aqroparklarda ümumi olaraq 4500-dək daimi işçi, 6300-dən çox isə mövsümü işçi çalışır.