Statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6.3% artaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə 155 435 olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ildə 9 619 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 417 vahid isə ləğv edilib.
Ötən il 1 190 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 52-i isə ləğv edilib. 2019-cu ilin müvafiq dövründə isə yaradılan xarici müəssisələrin sayı 2 882 idi. Belə ki, xarici müəssisələrin sayı illik 2.4 dəfə azalıb.
2020-ci il ərzində yeni yaradılmış statistik vahidlərin 98.2 faizi xüsusi mülkiyyətli (o cümlədən 12.4 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli), 1.8 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.