12 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda 57 yaşlı deputatın dövlətə 10 mln. manatlıq vergi borcu var

2010-cu ildən Milli Məclisin deputatı olan 57 yaşlı İqbal Nəriman oğlu Məmmədova sahibi olduğu “Kaspi Yıldız” şirkətinin dövlətə 10 milyon manata yaxın vergi borcu var.

Banker.az bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi borcu barədə” olan reyestrdəki .

Məlumat bazasında göstərilir ki, 31 yanvar 2021-ci il tarixinə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin (VÖEN: 1600019501) dövlətə  9 666 470 manat vergi borcu var.

“Kaspi Yıldız” 1996-cı ildə yaradılıb və şirkətin 45 min ABŞ dolları həcmində nizamnamə kapitalı var.

q213131313

Şirkəti İqbal Məmmədov Türkiyə vətəndaşı olan Rafet Ekmekçioğlu ilə hər biri 50% pay ilə yaratmışdılar. 2022-ci ilin 12 yanvarında Şirkət tərəfindən verilən elana əsasən R.Ekmekçioğlu öz payını İqbal Məmmədova ötürdü. Bununla da İ.Məmmədovun şirkətdə payı 100%-ə yüksəldi.

Qeyd edək ki, 2019-cu ildə İqbal Məmmədov yerli saytlardan birinə müsahibəsində bildirmişdi ki, bizneslə məşğul deyil, lakin rəsmi olaraq şirkətdə payı var. O şirkətinin 2010-cu ildən (deputat mandatı əldə etdiyi dövr) işlətməciliyi başqasına dövr etmişəm. “Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var”.

“Kaspi-Yıldız” Azər-Türk MM-si yanğınsöndürmə balonların, yanğın dəsti, bir qapılı və iki qapılı yanğın qutuları istehsalı və satışını, yanğın siqnalizasiyasının və qazlı yanğın söndürmə sistemlərinin, kamera-nəzarət sistemlərinin yanğından muhafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını, texniki baxışını və təmirini, yaşayış və dövlət binalarının, kommersiya obyektlərinin həmin avadanlıqlar və sistemlər vasitəsilə təchiz edilməsini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər