9 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda 574 minik avtomobili yığılıb, 232-si anbarlarda qalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-fevral aylarında 106,2 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz artmış, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50,4 faiz azalmışdır.

2024-сü ilin yanvar-fevral aylarında 574 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 118 ədəd çox minik avtomobili istehsal olunmuşdur. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 31,7 faiz azalıb. 01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd və 64 ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər