8 C
Baku
Friday, January 16, 2026

Azərbaycanda 6 mindən çox şəxs bu imtahanda iştirak edəcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Cari ildə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.

Banker.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilir ki, imtahan yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər