6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 6 sığorta şirkətinin mənfəət vergisi ödəmələri azalıb – SİYAHI

“Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən  sığorta şirkətlərindən 6-nın 2019-cu ildə ödədiyi mənfəət vergisi əvvəlki illə müqayisədə çoxalıb.

Banker.az xəbər verir ki, bunlar “Günay Sığorta”, “Qala Sığorta”, “Qala Həyat Sığorta”, “PAŞA Sığorta”, “PAŞA Həyat Sığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lərdir.

Ən çox artım “Günay Sığorta”da (44 dəfə), ən az artım isə “Atəşgah Həyat Sığorta”da (5,4%) qeydə alınıb.

6 sığorta şirkətinin isə mənfəət vergisi ödəmələri azalıb. Bunlar “Meqa Sığorta”, “A-Qrup Sığorta”, “Bakı Sığorta”, “İpək Yolu Sığorta”, “Atasığorta”, “Azsığorta”dır. Ən çox azalma “Atasığorta”da (73%), ən az azalma isə “A-Qroup Sığorta”da (25%) qeydə alınıb.

5 şirkət – “Amrah Sığorta”, “Xalq Həyat Sığorta”, “Rəvan Sığorta”, “Standard Insurance”, Dövlət Sığorta Kommersiya Şirkəti həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyib, 3 şirkət – “Atəşgah Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lər isə 2019-cu ildə vergi ödəsə də, əvvəlki il ödəməyib, “Xalq Sığorta” isə ötən il ödəməyib, odur ki, bu şirkətlərin maliyyə göstəricilərini müqayisə etmək olmayıb. ”

6789

Son xəbərlər
Digər xəbərlər