7 C
Baku
Sunday, December 15, 2024

” Azərbaycanda 600-dən çox müəssisə tam özəlləşdirilməlidir”

Azərbaycanda hələ də dövlətin tam balansında olan kifayət qədər müəssisə, eləcə də qismən özəlləşdirilən müəssisələr qalıb. Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qismən özəlləşdirilən 600-dən artıq səhmdar müəssisə var: “Onlarda dövlətin payı bəzən 30 faizədək çatır. Birbaşa beynəlxalq investisiyaların iştirakı ilə həmin müəssisələrin özəlləşdirilməsi aparılsa, bu, Azərbaycana iri valyuta axınını təmin edəcək. Bundan başqa, ölkəyə xarici texnologiyaları cəlb edəcək, yeni iş yerləri yaradacaq və vergi qoyma bazasını genişləndirəcək”.

R.Quliyev qeyd edib ki, həmin obyektlərin özəlləşdirilməsi asan tapşırıq deyil, lakin tapşırığın reallaşdırılması Azərbaycan iqtisadiyyatına canlanma gətirə bilər: “Əsasən, yeni texnologiyalara ehtiyacı olan mürəkkəb və kapitaltutumlu obyektlər özəlləşdirilməmiş qalıb. Lakin onların özəlləşdirilməsi iqtisadiyyatı xeyli sağlamlaşdıra və canlandıra bilər”.

Son xəbərlər
Digər xəbərlər